Əsas səhifə » Tramp deyir ki, Yaxın Şərq üzrə danışıqlarda "irəliləyiş" var

Tramp deyir ki, Yaxın Şərq üzrə danışıqlarda "irəliləyiş" var

BAKI,AzerVoice

ABŞ prezidenti Donald Tramp bazar günü İsrail və digər ölkələrlə Yaxın Şərq mövzusunda aparılan danışıqlarda "irəliləyiş" olduğunu bildirib. Bu açıqlama, Vaşinqtonda Qəzzada atəşkəsin ikinci mərhələsi ilə bağlı müzakirələr başlamazdan əvvəl verilib.

Fələstinlilərin köçürülməsi təklifinə “alternativ” təklif nədir?

İsrailin baş naziri Binyamin Netanyahu bazar günü Vaşinqtona gəlib və o, Trampın prezidentliyi dövründə qəbul edəcəyi ilk xarici lider olacaq. Bu səfər iki ölkə arasındakı sıx əlaqələri simvolizə edir.

Bu gün Netanyahu Vaşinqtonda Qəzzada atəşkəsin ikinci mərhələsi ilə bağlı müzakirələr aparacaq. Bu mərhələnin HƏMAS-ın əlində qalan israilli girovların azad edilməsi və müharibənin bitməsinə gətirib çıxarması nəzərdə tutulur.

Netanyahu ABŞ-da Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkof ilə görüşəcək. Həftənin sonunda Vitkof Qətər Baş naziri və yüksək səviyyəli misirli rəsmilərlə də müzakirələr aparacaq.

Trampın Qəzza və İsrail siyasəti

Tramp çərşənbə axşamı Netanyahunu qəbul edəcək və əsas müzakirə mövzularının "HƏMAS üzərində qələbə qazanmaq","Bütün girovların geri qaytarılması" və "İranın təsirinə qarşı mübarizə". Olacağl egtimal edilir.

Fələstinlilər Nəqəb səhrasına köçürülə bilər

Tramp yenidən prezident seçildikdən sonra Qəzzanı "təmizləmək" və fələstinliləri Misir və İordaniya kimi yerlərə köçürmək təklifini səsləndirib. Bu, böyük beynəlxalq etirazlara səbəb olub.

Bundan əlavə, İsrailə 900 kiloqramlıq bombaların göndərilməsi qadağasını ləğv edib,fələstinlilərə qarşı zorakılıqda ittiham olunan israilli məskunlaşmaçılara tətbiq edilən maliyyə sanksiyalarını aradan qaldırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice