Əsas səhifə » İsrail İordan çayının qərb sahilində şiddəti artırıb

İsrail İordan çayının qərb sahilində şiddəti artırıb

Bakı, AzerVoice

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin şimal hissəsinə və xüsusilə Cenin bölgəsində mülki yaşayış məntəqələrində bir çox evi partladıb.

AzerVoice xəbər verir ki, hərbi texnika ilə bölgədəki mülki yaşayış məntəqələri və infrastrukturun dağıdan, hava hücumlarını artıran və mühasirə əmri verən İsrail ordusu 20 Yanvardan bəri hücuma keçdiyi Cenin bölgəsində şiddəti artırıb.

İsrail ordusu Cenin qaçqın düşərgəsinin bir çox nöqtəsində mülki ərazilərə partlayıcılar yerləşdirib və binaları partladıb.

Fələstin mənbələri Cenin qaçqınlar düşərgəsində 20 binanın partladıldığını bildirib.

İsrail ordusundan verilən açıqlamada bölgədəki terror infrastrukturunun hədəf alınaraq partladıldığı iddia edilib.

Qeyd edək ki, İsrail ordusunun mühasirəsi və hücumları nəticəsində 3000 fələstinli Cenin Qaçqınlar Düşərgəsindən köç etmək məcburiyyətində qalıb. İsrail ordusu hücumlarında ən azı 60 evi dağıtdığını açıqlayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice