Əsas səhifə » Qırmızı Xaç komitəsi israilin əsirlərə qarşı olan rəftarını qınayıb

Qırmızı Xaç komitəsi israilin əsirlərə qarşı olan rəftarını qınayıb

Bakı, AzerVoice

Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəsmiləri, İsrailin Negev həbsxanasından azad edilən fələstinli məhbuslara həbsxana rəhbərliyinin rəftarını şiddətlə qınadığını bildirib.

AzerVoice xəbər verir ki, Fələstinli məhbusların əlləri başlarının arxasına bağlanaraq götürüldüyü ağrılı vəziyyət Qırmızı Xaç Cəmiyyəti tərəfindən mənfi qarşılanmasına səbəb olub.

Belə ki, azadlığa buraxılan fələstinli məhbuslar ilk açıqlamalarında İsrail hökumətinin onları ac ​​qoyduğunu və azadlığa buraxılmazdan əvvəl şiddətli təzyiqə məruz qaldıqlarını bildiriblər.

Qeyd edək ki, HƏMAS və İsrail arasında keçirilən məhbus mübadiləsinin dördüncü turunda Qəzza zolağındakı üç israilli mülki məhbusun müqabilində İsrail həbsxanalarında saxlanılan 183 fələstinli məhbus azad edilib.

Digər Kateqoriyalar

2025 © Azervoice