Bakı, AzerVoice
Bir çox ərəb ölkələri ABŞ prezidenti Donald Trampın Misir və İordaniyaya Qəzza zolağı sakinlərini qəbul etmək çağırışına qarşı sərt reaksiya göstərib.
AzerVoice xəbər verir ki, ərəb ölkələrinin xarici işlər nazirləri bu çağırışa qarşı vahid mövqe tutublar.
Belə ki, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin Muxtariyyəti və Ərəb Liqasının xarici işlər nazirləri və rəsmiləri Qahirədə keçirilən görüşdən sonra birgə bəyanatda belə bir addımın regionda sabitliyi təhdid edəcəyini, münaqişənin yayılmasına səbəb olacağını bildiriblər.
Qeyd edək ki, görüş, keçən həftə Trampın Misir və İordaniyanın 2,3 milyon əhalisinin əksəriyyətini evsiz qoyan İsrailin 15 aylıq bombardmanının ardından sökülmə yeri adlandırdığı Qəzzadan fələstinliləri qəbul etməli olduğunu söyləməsindən sonra keçirilib. Tənqidçilər onun təklifini etnik təmizləməyə bərabər olduğunu bildiriblər.
Nəzərinizə çatdıraq ki, ərəb nazirləri həmçinin Misirin Birləşmiş Millətlər Təşkilatı ilə İsrail və HƏMAS arasında 15 aylıq müharibə zamanı dağıdılmış Qəzzanın yenidən qurulmasına yönəlmiş beynəlxalq konfrans keçirmək planlarını salamlayıblar. Konfransın keçiriləcəyi tarix hələ müəyyən edilməyib.