15
Bakı, AzerVoice
HƏMAS Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində 90 fələstinlinin sabah azad ediləcəyini açıqlayıb.
AzerVoice xəbər verir ki, bu haqda HƏMAS-a bağlı Məhbuslar Media Ofisi tərəfindən verilən açıqlamada deyilir.
Açıqlamada, sabah sərbəst buraxılacaq fələstinli məhbuslardan 9-nun ömürlük həbs cəzasına məhkum olunduğu bildirilib.
Qeyd edək ki, üç mərhələli atəşkəs razılaşmasının ilk 42 günündə 33 israilli və 1900-dən çox fələstinli məhbus azad ediləcək.
Məhbus mübadiləsinin ilk üç mərhələsində cəmi 400 fələstinli məhbus, Qəzzadaki on İsrailli və beş Taylandlı məhbus azad edilib.