Əsas səhifə » Malayziya Qəzzanın bərpa olunmasını dəstəkləyəcək

Malayziya Qəzzanın bərpa olunmasını dəstəkləyəcək

Bakı, AzerVoice

Malayziya Qəzzanın yenidən qurulmasına dəstək olmaq üçün ilkin olaraq məktəblər, xəstəxanalar və məscidlər tikəcəyini açıqlayıb.

AzerVoice xəbər verir ki, bu barədə Malayziya baş naziri Ənvər İbrahim məlumat verib.

Məlumata əsasən, Ənvər İbrahim sözügedən dəstəyin dövlət və özəl sektorla əməkdaşlıq çərçivəsində veriləcəyini qeyd edib.

"Bu, bizim səylərimizin, cəmiyyətin və insanların fədakarlığının bir hissəsidir. Allah bizi qorusun və Qəzzanın təhlükəsizliyini təmin etsin.",- deyə o bildirib.

Qeyd edək ki, Ənvər İbrahim, sonrakı dövrlərdə Yaponiya ilə əməkdaşlıq edəcəklərini və Yaponiyanın Malayziyanı Qəzzanın yenidən qurulmasına yönəlmiş Fələstinin İnkişafı Naminə Şərqi Asiya Ölkələri arasında Əməkdaşlıq Konfransına həmsədrliyə dəvət etdiyini bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice