Bakı, AzerVoice
İsrail ordusunun İordan çayının qərb sahilinə etdikləri basqınlar nəticəsində 25 fələstinli saxlanılıb.
AzerVoice xəbər verir ki, bu haqda Fələstinli Əsirlərin İşləri Komitəsi məlumat verib.
Məlumata əsasən, İsrail əsgərləri İordan çayının qərb sahilindəki Hebron, Betlehem, Cenin, Nablus və Tulkerim şəhərləri ilə işğal altındakı Şərqi Qüdsün məhəllələrinə basqınlar həyata keçirib. Nəticədə 25 fələstinli saxlanılıb.
Eyni zamanda İsrail əsgərlərinin basqın etdikləri bölgələrdə infrastruktura və fələstinlilərin evlərinə ziyan vurduğu, əşyalarını məhv etdiyi bildirilib.
Qeyd edək ki, İsrail, bəzi fələstinli məhbusları sərbəst buraxsa da, İordan çayının qərb sahilində həyata keçirdiyi basqınlarla yeni həbslər etməyə davam edir.