Əsas səhifə » Əl-Əzhər fələstinlilərin köçürülməsinə qarşıdır

Əl-Əzhər fələstinlilərin köçürülməsinə qarşıdır

Bakı, AzerVoice

Əl-Əzhər fələstinliləri öz torpaqlarından qovmaq üçün edilən bütün planları və cəhdləri qəti şəkildə rədd etdiyini bildirib.

AzerVoice xəbər verir ki, Əl-Əzhərin ötən gün “X” platformasında verdiyi açıqlamada deyilir:

“Əl-Əzhər işğalçı qurumun fələstinlilərin vətənlərinibələ keçirmək və onların hüquqlarını qəsb etmək üçün öz torpaqlarından çıxarmaq planından xəbərdardır. Dünyanın 15 aydan artıq müddət ərzində şahidi olduğu bütün cinayətlərdən və müasir tarixdə görünməmiş qırğınlardan sonra, bu cəhdləri qəti şəkildə rədd etdiyini bildirir.”

Əl-Əzhər, Fələstinin ərəb torpağı olduğunu və elə də qalacağını vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən gün Qəzzadaki müharibədə 47 mindən çox fələstinlinin öldüyünü vurğulayıb və Misir və İordaniyanın Qəzza zolağından daha çox fələstinlini qəbul etməli olduğlarını bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice