Bakı,
AzerVoice
Həmas Rəhbərlik Şurasının sədri Məhəmməd Dərvişin rəhbərlik etdiyi
nümayəndə heyəti Qəzza zolağında atəşkəs razılaşmasının icrası və
İsraillə əsir mübadiləsi ilə bağlı inkişafları müzakirə etmək üçün
Misirin paytaxtı Qahirəyə səfər edib.
AzerVoice xəbər verir ki, hərəkat tərəfindən yayımlanan yazılı açıqlamada bildirilir ki, nümayəndə heyəti Misirin yüksək rütbəli rəsmiləri ilə Qəzzada əldə olunan atəşkəsin icrası və üç mərhələdən ibarət məhbus mübadiləsi məsələlərini müzakirə etməyi planlaşdırır.
Qeyd edək ki, Həmas və İsrail arasında atəşkəs və məhbus mübadiləsi razılaşması cari il yanvarın 19-da, bazar günü GMT vaxtı ilə 12:15-də qüvvəyə minib.
Xatırladaq ki, İsrailin 2023-cü il oktyabrın 7-dən atəşkəsə qədər Qəzza zolağına endirdiyi hücumlar nəticəsində təxminən 17.841-i uşaq, 12.298-i qadın olmaqla 47.283 fələstinli həyatını itirib, 111.472 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də minlərlə insanın olduğu bildirilib, mülki infrastruktur isə ciddi şəkildə zərər görüb. Xəstəxanalar, məktəblər və digər sığınacaq yerləri hücumların əsas hədəfləri olub.