BAKI,AzerVoice
ABŞ xarici işlər naziri Marko Rubio bu gün, bazar ertəsi,
İordaniya kralı II Abdullah ilə telefon danışığı aparıb.AzerVoice
xəbər verir ki, danışıq ABŞ Prezidenti Donald Trampın İordaniya və
Misiri Qəzzadan daha çox fələstinli qəbul etməyə çağırmasından iki
gün sonra baş tutub.
Tramp şənbə günü müharibə nəticəsində dağılmış Qəzza zolağını
"təmizləmək" planını irəli sürərək,
fələstinlilərin daimi olaraq öz torpaqlarından çıxarılacağı ilə
bağlı uzunmüddətli narahatlıqları artıran bəyanatlar verdi.
İordaniya və Misir Trampın bu təklifini, müharibənin on minlərlə insanın ölümünə və humanitar böhrana səbəb olduğu Qəzzadan fələstinlilərin qəbul edilməsinə dair bəyanatını həftəsonunda rədd etdilər. Trampdan bunun Qəzza üçün müvəqqəti, yoxsa uzunmüddətli həll olduğu soruşulduqda, o, "Hər ikisi ola bilər" cavabını verdi.
Dövlət Departamenti bəyanatında bildirdi ki, "Nazir və kral Abdullah Qəzzada atəşkəsin icrasını, girovların azad olunmasını və bölgədə təhlükəsizlik və sabitlik yolunun cızılmasını müzakirə etdilər".
"Nazir Rubio, İordaniyanın atəşkəsə dəstəyinə və İordaniya dəhlizi vasitəsilə humanitar yardımların çatdırılmasında inteqrasiya olunmuş roluna görə təşəkkür etdi"-deyə Dövlət Departamentinin bəyanatında qeyd olunub.
Qırx ildən çoxdur davam edən İsrail-Fələstin münaqişəsində qan tökülməsinin son dalğası 7 oktyabr 2023-cü ildə başladı. Həmin gün Fələstin İslam Müqavimət Hərəkatı (HƏMAS) silahlıları İsrailin cənubuna hücum edərək, İsrailin statistikalarına görə, 1200 nəfəri öldürüb, təxminən 250 nəfəri girov götürdü.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzza zolağına sonrakı hərbi hücumu nəticəsində 47 mindən çox fələstinli öldürülüb. İsrail soyqırımı və müharibə cinayətləri törətməkdə ittiham olunur. İsrail bu ittihamları rədd edir.