BAKI,AzerVoice
Bu gün, bazar ertəsi səhər, yüz minlərlə məcburi köçkün əl-Rəşid sahil küçəsi boyunca piyada olaraq Qəzza şəhərinə və zolağın şimalına axın ediblər. AzerVoice xəbər verir ki,küçədə olduqca sıxlıq yaşandığından əhalinin bir çoxu öz evləriunə piyada qayıtmalı olurlar.
Məsələ ilə bağlı açıqlama verən HƏMAS hərəkatı bildirib ki, «Məcburi köçkünlərin öz evlərinə qayıtması, İsrailin qəzzalıları köçürmək və onların müqavimət iradəsini qırmaq məqsədlərinə nail ola bilmədiyini bir daha sübut edir.Xalqımızın, dağılmış evlərinə baxmayaraq, məcburi köçkün düşdükləri bölgələrə qayıdışı, xalqımızın böyüklüyünü və torpaqlarında möhkəmliyini göstərir».
«Bu, xalqımızın iradəsini qırmağa və onları torpaqlarından köçürməyə çalışan hər kəsə bir mesajdır. Torpağı sevmək və ona bağlı qalmaq hissləri ilə dolu olan bu səhnələr xalqımızın inadkar müqavimət iradəsini əks etdirir.Məcburi köçkünlərin evlərinə qayıdışı işğalın məğlubiyyətini və xalqımızın müqavimət ruhunu qıra bilmədiyini təsdiqləyir».-deyə HƏMAS bəyanatında deyilir.
Eyni zamanda, Qəzza Zolağındakı Daxili İşlər Nazirliyi əl-Rəşid küçəsinin bu gün, yerli vaxtla səhər saat yeddidən başlayaraq piyadaların keçidi üçün açıldığını, saat doqquzdan isə Salahəddin küçəsinin nəqliyyat vasitələrinin keçidi üçün açılacağını elan edib. Bu, İsrail ordusunun bazar günü əl-Rəşid küçəsi vasitəsilə piyadaların keçidinə və Salahəddin küçəsindən yoxlama ilə nəqliyyat vasitələrinin keçidinə icazə veriləcəyini elan etməsindən sonra baş verib.
Qətər Xarici İşlər Nazirliyi İsrail və HƏMAS arasında bir
razılıq əldə edildiyini və buna əsasən, girov saxlanılan Ərbil
Yehud və daha iki girovun cümə gününə qədər azad ediləcəyini,
fələstinlilərin isə şimal zolağına qayıtmağa başlayacağını
açıqlamışdı.
HƏMAS şənbə günü dörd israilli qadın hərbçini azad etsə də,
siyahıda adı olan Yehudun sərbəst buraxılmaması İsrailin on
minlərlə fələstinlinin şimal zolağına qayıtmasına mane olmasına
səbəb olmuşdu.


