BAKI,AzerVoice
Ağ Ev Baydenin İsrailə ağır tonnajlı silahların satılmasına olan
qadağa qərarını ləğv etdi və İsrailə 2000 funtluq bombaların
tədarükünə icazə verdi.AzerVocie xəbər verir ki, ABŞ
administrasiyası, keçmiş prezident Co Baydenin İsrailə 2000 funt
ağırlığında bombaların tədarükünə qoyduğu qadağanın ləğv edilməsi
ilə bağlı ABŞ ordusuna göstəriş verib.
Bundan əvvəl bu gün, İsrailin də "Axios" saytı üç İsrailli rəsminə
istinadən xəbər verib ki, Ağ Ev bombaların tədarükünə qoyulan
qadağanı aradan qaldırıb.
Co Bayden bu bombaların çatdırılmasını, İsrailin Qəzza Zolağında
Fələstin "HƏMAS" hərəkatı ilə apardığı müharibənin təsirləri ilə
bağlı narahatlıqlar səbəbilə dayandırmışdı.
Hər iki tərəf arasında (İsrail – HƏMAS) yaxınlarda atəşkəs
razılaşması əldə olunub.
Bayden administrasiyasının xüsusi narahatlığı bu ağır tonnajlı
bombaların, Qəzzadakı Rəfah şəhərində, bir milyondan çox
fələstinlinin sığındığı ərazidə istifadəsi ilə bağlı idi.
Tramp Baydenin hansl qərarını ləğv etdi
148