Bakı,
AzerVoice
Yanvarın 19-da İsrail və Həmas arasında qüvvəyə minən atəşkəsdən
sonra Qəzza zolağına humanitar yardım axını fasiləsiz şəkildə davam
edir.
AzerVoice xəbər verir ki , BMT-nin
Fələstin üzrə Agentliyi (UNRWA) bölgədəki mülki insanlara
çatdırılan yardımlar haqqında ətraflı məlumat verib və görüntüləri
ictimaiyyətlə bölüşüb.
UNRWA-nın bəyanatında vurğulanır ki, təşkilatın qrupları atəşkəs qüvvəyə minən andan etibarən Qəzzanın şimalında mülki insanlara ərzaq yardımı çatdırmaq üçün dayanmadan çalışır.
Görüntülərdə yardımların yük maşınları vasitəsilə bölgəyə çatdırıldığı anlar əks olunub.
Belə ki, atəşkəsin ilk günündə Qəzzaya 630 yük maşını humanitar
yardım daxil olub.
İkinci gündə bu rəqəm 915 TIR-a çatıb.
Üçüncü gündə isə 897 TIR yardım göndərilib.
Dördüncü gündə bölgəyə 808 TIR yardım daxil olub.
Beşinci gündə Türkiyə, böyük səfərbərliklə, Qəzzaya 653 TIR
humanitar yardım göndərib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Qəzzaya ən çox humanitar yardım göndərən ölkələrdən biri olub. Türkiyə Qızıl Aypara, AFAD, İHH və Dəniz Fənəri Dərnəyi kimi təşkilatların təşəbbüsü ilə bölgəyə yardımların çatdırılmasında mühüm rol oynayıb.