Əsas səhifə » HƏMAS ikinci qrup girovların siyahısını sabah İsrailə təhvil verəcək

HƏMAS ikinci qrup girovların siyahısını sabah İsrailə təhvil verəcək

Bakı. AzerVoice:

Fələstin HƏMAS hərəkatı yanvarın 25-də azad etməyi planlaşdırdığı girovların siyahısını cümə günü İsrailə təhvil verəcək.

AzerVoice-un məlumatına görə, bunu HƏMAS-ın İordan çayının qərb sahilindəki hücrəsinin rəhbəri Zaher Cabarin də təsdiqləyib.

"Sabah əsirlərin [girovların] müqabilində azad edilməli olan fələstinli məhbusların siyahısı müqabilində döyüşçülərimiz tərəfindən saxlanılan dörd girovun adlarını İsrailə təhvil verəcəyik", - deyə o qeyd edib.

Hərəkatın İordan çayının qərb sahilindəki hücrəsinin rəhbəri də təsdiqləyib ki, mübadilə siyahılar təhvil verildikdən bir gün sonra - yanvarın 25-də baş tutacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice