Bakı,
AzerVoice
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq üzrə Xüsusi
Koordinasiya Ofisinin (UNSCO) humanitar məsələlər üzrə koordinatoru
Muhannad Hadi, Qəzza əhalisinin humanitar yardımdan asılı olmaq
istəmədiyini və erkən bərpa işlərinə başlamağa hazır olduğunu
bildirib
AzerVoice xəbər verir ki, Hadi bu barədə video konfrans vasitəsilə BMT-də jurnalistlərə verdiyi açıqlamada danışıb.
“Onlar işləmək istəyirlər. Humanitar yardımdan asılı olmağı sevmirlər və yardımların səbəb ola biləcəyi asılılıq sindromunu tamamilə rədd edirlər,” - deyə Hadi qeyd edib.
Hadi, erkən bərpa işlərində üzv dövlətlərin, BMT-nin, humanitar tərəfdaşların və özəl sektorun mühüm rol oynaya biləcəyini vurğulayıb.
Qəzzaya son günlərdə 900-ə yaxın yardım maşınının çatdırıldığı bildirilib. Lakin Hadi, yardımların yalnız maşınlarla ölçülə bilməyəcəyini, ehtiyacların çoxunun qorunma, psixososial dəstək və təhsil kimi sahələrdə olduğunu bildirib.
Atəşkəs rejimini "qızıl fürsət" adlandıran Hadi, bu vəziyyətin
çətinliklər doğursa da, sülhə doğru irəliləmək üçün mühüm addım
olduğunu vurğulayıb.
Hadi, BMT komandalarının bu çətinlikləri fürsətə çevirmək üçün
əllərindən gələni edəcəyinə inandığını deyib.