BAKI,AzerVoice
2014-cü ildə Qəzza Zolağında gedən döyüşlər zamanı öldürülən bir İsrail əsgəri İsraildə dəfn edildi. AzerVoice İsrail ordusu onun cəsədinin qalıqlarını bazar günü xüsusi hərbi əməliyyat zamanı geri qaytardığını açıqlayıb.
Oron Şaul 2014-cü il 20 iyulda Qəzzanın şimalındakı şəhərdə keçirilən hərbi əməliyyat zamanı içərisində olduğu hərbi texnikanın partlaması nəticəsində ölüb. Bu hadisə daha altı əsgərin həyatına son qoyub. İsrail ordusunun verdiyi məlumata görə, onun qalıqları şənbə gecəsi xüsusi əməliyyat nəticəsində geri gətirilib.
Oron Şaul və qalıqları hələ də Qəzzada olan digər əsgər Hədar Qoldin, illərdir İsrail ilə HƏMAS arasında dolayısı ilə aparılan danışıqların əsas mövzusu olub.
Bu iki əsgər, eləcə də 2014 və 2015-ci illərdə Qəzza Zolağına daxil olduğu güman edilən və orada saxlanılan iki mülki şəxs, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrail ərazisindəki hücumu zamanı girov götürülən 91 nəfər arasında göstərilir. Onlar HƏMAS ilə İsrail arasında bağlanan və bazar günü qüvvəyə minən atəşkəs razılaşmasında girov siyahısında yer alıblar.
Razılaşmaya əsasən, HƏMAS növbəti altı həftə ərzində həmin girovlardan otuzunu azad edəcəyini elan edib.
İsrail Baş naziri Benyamin Netanyahu, Oron Şaulun anası ilə görüşərək, onun qalıqlarının geri qaytarılmasının daim gündəmində olduğunu bildirib. O əlavə edib ki, İsrail "Hədar Qoldini və digər girovları - istər sağ, istərsə də ölü - geri qaytarmaq üçün mübarizəni davam etdirəcək."