Əsas səhifə » Atəşkəsin ilk nəticəsi - Qəzzaya yardım maşınları daxil olub

Atəşkəsin ilk nəticəsi - Qəzzaya yardım maşınları daxil olub

Bakı, AzerVoice

İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında həyata keçirdiyi hücumların ardından atəşkəsin ilk günündə bölgəyə 552 yardım maşını daxil olub.

AzerVoice xəbər verir ki, bu barədə Qəzza Daxili İşlər Nazirliyi bu barədə rəsmi açıqlama verib.

Razılaşmaya əsasən, atəşkəsin birinci mərhələsi çərçivəsində Qəzzaya gündə 600 TIR yardımın daxil olması planlaşdırılır. Bundan əlavə, razılaşmanın qüvvəyə minməsindən 7 gün sonra Rəfah Sərhəd Qapısının açılması nəzərdə tutulub.

Qeyd edək ki, atəşkəs dünən rəsmi olaraq qüvvəyə minib. İlk 42 gün ərzində razılaşmaya uyğun olaraq 33 israilli məhbus azad ediləcək.

Müqavilə həmçinin Qəzza zolağına genişmiqyaslı humanitar yardımın təmin edilməsini və məcburi köçkün fələstinlilərin öz torpaqlarına qayıdışını dəstəkləyir.

Razılaşmanın ikinci və üçüncü mərhələlərinin təfərrüatları isə birinci mərhələnin başa çatmasından sonra açıqlanacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice