Bakı, AzerVoice
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondu (UNICEF)
Qəzzadakı humanitar vəziyyətin ağırlaşdığını vurğulayıb.
AzerVoice xəbər verir ki, UNICEF-in
sözçüsü Ceyms Elder 7 oktyabr 2023-cü ildən bəri Qəzzada hər gün
orta hesabla 35 uşağın həyatını itirdiyini açıqlayıb.
Elder qeyd edib ki, İsrailin hücumları nəticəsində 7 oktyabrdan bu yana 15 min uşaq həyatını itirib, bu isə hər gün təxminən 35 uşağın ölümünə bərabərdir.
Elder, İsrail və HƏMAS arasında 15 yanvarda əldə edilən atəşkəs razılaşmasının çox gec qəbul edildiyini və bunun daha əvvəl baş verməli olduğunu vurğulayıb. O bildirib ki, vaxtında əldə edilən atəşkəs daha çox insan həyatını xilas edə bilərdi.
Sözçü, Qəzzadakı uşaqların yaşadığı dəhşətli şəraitə diqqət çəkərək beynəlxalq ictimaiyyəti uşaq hüquqlarının qorunması üçün daha fəal tədbirlər görməyə çağırıb.