11
Bakı, AzerVoice
Türkiyənin Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşmasında təsiri böyükdür.
AzerVoice xəbər verir ki, bu haqda HƏMAS siyasi bürosunun üzvü Məhəmməd Nazzal bildirib.
Nazzal qeyd edib ki, Türkiyə, Qəzzada atəşkəs razılaşması danışıqlarında hər zaman yaxından maraqlanıb.
"Türkiyə heç vaxt bu danışıqlardan uzaq olmayıb və xüsusilə də son aylarda onları yaxından izləyib. İsrail Türkiyənin aktiv roluna etiraz etsə də, biz həmişə Türkiyənin hansısa formada prosesdə iştirak etməli olduğunu deyirdik",- deyə o bildirib.