Əsas səhifə » Komandam olmasaydı Qəzzada atəşkəs heç vaxt olmazdı - Tramp

Komandam olmasaydı Qəzzada atəşkəs heç vaxt olmazdı - Tramp

Bakı, AzerVoice

İsrail və HƏMAS arasında atəşkəs və girovların azad edilməsi razılaşması mənim təzyiqim olmadan heç vaxt əldə oluna bilməzdi.

AzerVoice xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donal Trump deyib.

İkinci müddət üçün inauqurasiyaya dörd gün qalmış Tramp qeyd edib ki, onun komandasının, o cümlədən Yaxın Şərq üzrə elçi Stiv Vitkoffun təzyiqi olmadan danışıqlar heç vaxt yekunlaşmayacaqdı.

“Əgər biz bu razılaşmada iştirak etməsəydik, sövdələşmə heç vaxt baş verməzdi”, - Tramp deyib.

Qeyd edək ki, İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tutan saziş qüvvəyə minməzdən əvvəl İsrailin təhlükəsizlik kabinetinin təsdiqini gözləyir və bundan sonra müharibəyə daimi son qoyulması üçün şərtlər müzakirə olunacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice