9
Bakı, AzerVoice
Atəşkəs elan edildikdən sonra İsrailin Qəzzada həyata keçirdiyi
hücumlarda 27-si uşaq, 31-i qadın olmaqla 101 fələstinli həyatını
itirib, ən azı 264 nəfər isə yaralanıb.
AzerVoice xəbər verir ki, bu barədə
Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal yazılı açıqlama
verib.
İsrail ilə HƏMAS arasında atəşkəs razılaşmasının elan edilməsindən
bu yana 27-si uşaq, 31-i qadın olmaqla 101 fələstinlinin
öldürüldüyünü bildirən Basal, həyatını itirənlərdən 82-nin Qəzza
şəhərindən olduğu məlumatını paylaşıb.
Basal həmçinin hücumlar nəticəsində yaralananların sayının 264
olduğunu bildirib.