BAKI,AzerVoice
Son zamanlar İsrail ilə Qəzzadakı müqavimət qüvvələri arasında əsir mübadiləsi və atəşkəs razılaşmasının elan olunması ilə birlikdə, İsrail həbsxanalarında ömürlük həbs cəzası almış məşhur fələstinli məhbusların adları yenidən gündəmə gəlib. Bu şəxslər arasında müxtəlif fələstinli fraksiyaların liderləri də var.
İsrail və HƏMAS arasında olan razılaşmanın təfərrüatları:
Birinci mərhələ: 33 İsrail əsiri azad ediləcək. Eyni zamanda, İsrail təxminən 2000 fələstinli məhbusu sərbəst buraxacaq. Onların arasında 250 nəfər ömürlük məhkumlar və 7 oktyabr 2023 tarixindən sonra həbs edilən təxminən 1000 nəfər də yer alacaq.
•İsrailin azad edəcəyi əsirlər arasında yaşlılar (50 yaşdan yuxarı kişilər) da var. Razılaşmaya əsasən, hər 1 İsrail əsiri üçün 3 ömürlük məhkum və 27 digər məhkum azad olunacaq.
Ömürlük həbsə məhkum olunanlar haqqında məlumatlar:
İsrail həbsxanalarında 600-dən çox ömürlük məhkum var. Bu rəqəmlərə ya artıq ömürlük cəzası verilmiş, ya da ittiham aktı ömürlük həbs cəzası tələb edən şəxslər daxildir.
Ömürlük cəza anlayışı (İsrail):
İsrailə qarşı müqavimət əməliyyatlarına görə məhkum olunmuş şəxslər
üçün ömürlük həbs müddəti 99 il təşkil edir və bu, ömürlük həbs
deməkdir. Bu şəxslər heç vaxt azadlığa buraxılmır.
Adi cinayət və ya məişət cinayətlərinə görə, həbs müddəti 25 il ola bilər. Yəhudi məhkumlar üçün bu müddət əksər hallarda daha erkən əfv olunaraq azaldılır.
Ömürlük həbsə məhkum edilən tanınmış Fələstin siyasi xadimlərindən biri də, Abdullah əl-Bərğusidir
Abdullah əl-Bərğusi HƏMAS-ın önəmli liderlərindən biridir. 1972-ci ildə Küveytdə doğulmuşdur və 1990-cı ildə Körfəz müharibəsindən sonra İordaniyaya köçmüşdür. O, İordaniya vətəndaşıdır. Abdullah 1997-ci ildə Fələstinə keçərək HƏMAS-ın hərbi qanadına qoşulmuşdur.