Əsas səhifə » UNWRA-nın Qəzzada fəaliyyətini dayandırması ciddi böhran yarada bilər - BMT

UNWRA-nın Qəzzada fəaliyyətini dayandırması ciddi böhran yarada bilər - BMT

Bakı, AzerVoice

İsrailin Fələstinli Qaçqınlara Yardım və İşlər Təşkilatının (UNWRA) İordan çayının qərb sahili, Qəzza və Şərqi Qüdsdəki fəaliyyətlərini dayandırmaq qərarı fələstinli uşaqların həyatına ciddi təsir göstərəcək.

AzerVoice xəbər verir ki BMT sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında bildirib ki, UNWRA-nın fəaliyyətlərinin dayanması təhsildən məhrum qalan 650 min fələstinli uşağın gələcəyini təhlükə altına qoyacaq.

O vurğulayıb ki, UNWRA-nın göstərdiyi xidmətlərə alternativ yoxdur və təşkilat fəaliyyət göstərə bilməsə, İsrail bu xidmətləri təmin etmək öhdəliyini üzərinə götürməlidir.

Dujarrik Qəzza zolağında bir milyondan çox uşağın müvəqqəti çadırlarda yaşadığını və İsrailin yardım konvoylarını əngəlləməyə davam etdiyini bildirib. BMT-nin Qəzzaya yardım çatdırılması ilə bağlı İsrailə təqdim etdiyi səkkiz tələbdən dördünün rədd edildiyini vurğulayan sözçü, bölgədə mövsümi şəraitin ciddi təhlükə yaratdığını deyib.

BMT-nin Uşaq Fondu (UNICEF) yeni ilin ilk həftəsində Qəzzada ən az 74 uşağın həyatını itirdiyini açıqlayıb. Bəyanatda bildirilir ki, bölgədə humanitar vəziyyət nəzarətdən çıxıb və yardım maşınlarının sayı əsas ehtiyacları qarşılamaq üçün kifayət etmir.

UNICEF xəbərdarlıq edib ki, hipotermiya səbəbindən 15 aylıq dövrdə Qəzzada səkkiz yeni doğulmuş körpə həyatını itirib və uşaqlar ağır risklərlə üzləşir

Digər Kateqoriyalar

2025 © Azervoice