11
Bakı,
AzerVoice
Qəzza zolağında sərt soyuq hava şəraiti 35 günlük körpənin ölümünə
səbəb olub.
AzerVoice xəbər verir ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirib ki, donvurmadan ölən körpələrin sayı artıq 8 nəfərə çatıb. Körpələrin hamısı həddindən artıq soyuq və yaşayış şəraitinin pis olması səbəbindən həyatını itirib.
BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) açıqlayıb ki, Qəzzada soyuq hava və sığınacaq çatışmazlığı səbəbindən uşaqlar ölüm riski ilə üz-üzədir. Agentlik, bölgədə 7700 yeni doğulmuş körpənin həyatlarını qorumaq üçün lazımi tibbi yardımdan məhrum olduğunu vurğulayıb.