Əsas səhifə » Qəzzada təhlükəsiz yer yoxdur - UNRWA

Qəzzada təhlükəsiz yer yoxdur - UNRWA

Bakı, AzerVoice

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini Xan Yunisin Əl-Məvasi bölgəsində məcburi köçkünlərin sığındığı çadır düşərgəsinin bombalandığını açıqlayıb .

AzerVoice xəbər verir ki, Lazzarini sosial media hesabında paylaşdığı mesajda, İsrailin bu səhər Əl-Məvasi bölgəsində "təhlükəsiz" olduğunu iddia etdiyi bölgəyə hücum etdiyini vurğulayıb.

O , 7 oktyabr 2023-cü ildən bu yana davam edən Qəzza hücumları zamanı bölgədə heç bir yerin təhlükəsiz olmadığını və heç kimin özünü güvəndə hiss etmədiyini bəyan edib.

Təhlükəsiz zona olaraq elan edilən Əl-Məvasi bölgəsində baş verən hava zərbəsi nəticəsində məcburi köçkünlərin çadırlarına ciddi ziyan dəyib.

Hücumda azı 3-ü uşaq olmaqla 11 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.

Lazzarini qeyd edib ki, bölgədə atəşkəs elan edilmədiyi müddətdə hər gün daha çox insan fəlakət və ölümlə üzləşəcək.

O, beynəlxalq ictimaiyyəti daha sərt addımlar atmağa və Qəzzada sülhün təmin edilməsi üçün təcili tədbirlər görməyə çağırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice