Əsas səhifə » Soyuq və aclıqla üz-üzə qalan Qəzza

Soyuq və aclıqla üz-üzə qalan Qəzza

Bakı, AzerVoice

Qəzza zolağında humanitar vəziyyətin kəskinləşməsi səbəbindən , yağışlı havada çadırları su və palçığa qərq olan ailələr, uşaqlarının soyuqdan donaraq ölməməsi üçün gecə boyu onları yatarkən nəzarətdə saxlayır.

AzerVoice xəbər verir ki , BMT-nin məlumatlarına görə, təxminən 2,3 milyon əhalisi olan Qəzza zolağında hər 10 nəfərdən 9-u İsrail hücumları səbəbindən evlərindən didərgin düşüb.

Çoxsaylı mülki şəxslər, ağır dağıntılar səbəbindən, müvəqqəti çadırlarda yaşamağa məcbur qalıblar.

Xüsusilə dekabrın 29-dan başlayaraq Qəzzada güclü yağış və soyuq hava şəraiti ciddi problemlər yaradıb. Bu hava şəraiti nəticəsində çadırları su basıb, bəziləri yerə yıxılıb və insanlar gecə boyu çadırlarını qorumaq üçün yatmayıb. Fələstinli analar, uşaqlarının soyuqdan donaraq ölməməsi üçün onları yatarkən mütəmadi yoxladıqlarını bildiriblər.

Fələstinli qaçqınların əksəriyyəti Qəzza zolağında Aralıq dənizi sahili boyunca yerləşən Mevasi bölgəsində məskunlaşıb. Bu bölgə, 7 oktyabr 2023-cü ildən başlayan hücumlar nəticəsində evlərini itirən 1,7 milyon insana sığınacaq olub.

Qeyd edək ki, Hökumətin Media Ofisinin məlumatına görə, Qəzza zolağında istifadə edilən çadırların 81 faizi tamamilə yararsız vəziyyətdədir. Mövcud olan 135 min çadırdan yalnız təxminən 25 mini istifadəyə yararlı hesab edilir. Fələstin Mülki Müdafiə İdarəsi isə yağıntılar səbəbindən zərər çəkənlərdən yüzlərlə yardım çağırışı aldığını, lakin sığınacaq üçün uyğun yerlərin olmadığını bəyan edib.

Digər Kateqoriyalar

2025 © Azervoice