Əsas səhifə » Qəzzada yağış çadırları su altında qoyub

Qəzzada yağış çadırları su altında qoyub

Bakı,AzerVoice

Dünən gecə və bu səhər saatlarında Qəzza zolağında yağan güclü yağış, qaçqın düşərgələrində yüzlərlə çadırı su altında qoyub.

AzerVoice xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, xüsusilə Deyr əl-Bəlah və Xan Yunis bölgələrindəki məcburi köçkünlər ciddi çətinliklərlə üzləşiblər.

Qeyd edək ki, Qəzza zolağında, 2023-cü ilin oktyabrından bəri iki milyona yaxın insan, evsiz qalaraq çadırlarda yaşamağa məcbur olub. Bu çadırlar qışın sərt soyuğuna və yağışlara qarşı müdafiəsizdir. Nəticədə, dünən bir körpə soyuqdan həyatını itirib. Bu, bir həftə ərzində soyuqdan ölən beşinci körpədir.

BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, Qəzzada uşaqların ölümünə səbəb olan soyuq hava və sığınacaq çatışmazlığı davam edir. Aylardır sərhəddə gözləyən yorğan, döşək və digər qış ləvazimatlarının Qəzzaya çatdırılması üçün isə icazə gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice