Bakı,AzerVoice
Son 48 saat ərzində Qəzzada 3 fələstinli uşaq həddindən artıq
soyuqdan həyatını itirib.
AzerVoice xəbər verir ki, Qəzza
Səhiyyə Nazirliyinin baş direktoru Dr. Munir əl-Burş, “X”
platformasında verdiyi açıqlamada, Xan Yunus Mevasi bölgəsindəki
köçkünlər üçün düşərgədə 3 həftəlik Sıla Mahmud Əl-Fasih adlı yeni
doğulmuş qızın donaraq öldüyünü bildirib.
Dr. Əhməd Əl-Fera, son iki gündə Qəzza düşərgələrində 3 və 1 aylıq
iki uşağın soyuq və isti sığınacaqlara çatmadığı üçün öldüyünü də
açıqlayıb.
Bu ölümlər, yüz minlərlə fələstinlinin İsrailin
bombardmanlarından qaçarkən parça və neylondan hazırlanmış
çadırlarda yaşamaq məcburiyyətində qalmasının dəhşətli şəraitini
göstərir.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, indiyə kimi 45 mindən
çox fələstinli həlak olub, onların yarısından çoxu qadın və
uşaqlardır.
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini, Qəzzada hər saat bir uşaqın öldüyünü bildirib.