Bakı, AzerVoice
Hər müharibənin qaydaları var, lakin Qəzzada bütün qaydalar
pozulub.
AzerVoice xəbər verir ki, Birləşmiş
Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə
Agentliyinin (UNRWA) baş komissarı Philippe Lazzarini Qəzzadakı
vəziyyətlə bağlı açıqlamalar verib.
O bildirib ki, Qəzza zolağında bütün müharibə qaydaları pozulub,
xüsusilə xəstəxanalar və məktəblərin hücuma məruz qalması adi hala
çevrilib. Lazzarini əlavə edib ki, dünya belə vəziyyətə
alışmamalıdır.
O, Qəzzadakı humanitar böhranın kəskinliyini vurğulayaraq mülki şəxslərə qarşı hücumların dayandırılmasına və dərhal atəşkəsə çağırıb. Qeyd edilib ki, hazırkı döyüşlər nəticəsində infrastrukturun məhv edilməsi və genişmiqyaslı insan tələfatı beynəlxalq humanitar hüququn ciddi pozulmasıdır.
Qeyd edək ki, Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumlarından sonra başlayan və Qəzzada çoxsaylı itkilərlə nəticələnən qarşıdurmalarda 45 mindən çox fələstinli həyatını itirib, on minlərlə insan yaralanıb. İsrailin hücumlarında mülki obyektlərin hədəf alınması beynəlxalq ictimaiyyətin ciddi tənqidlərinə səbəb olub