Bakı,
AzerVoice
İsrailin su və kanalizasiya infrastrukturunu qəsdən məhv etməsi,
minlərlə insanın ölümü ilə nəticələnib.
AzerVoice xəbər verir ki, Amnesty
İnternational və digər insan haqları qruplarının ardınca Human
Rights Watch (HRW) da İsraili Qəzzada fələstinli mülki şəxslərə
lazımi səviyyədə su təmin etməməklə “cinayət” törətməkdə ittiham
edib.
HRW-nin 179 səhifəlik hesabatında, İsrailin 2023-cü ilin
oktyabrından etibarən Qəzzada fələstinlilərin suya çıxışını
blokladığı açıqlanır. Hesabatda, İsrailin elektrik stansiyalarını
işlədən günəş panellərini, su çənlərini və təmir avadanlıqlarını
hədəf aldığı, generatorlar üçün yanacaq girişini bağladığı qeyd
olunur.
HRW-nin İcraçı Direktoru Tirana Hassan, bunun sadəcə səhlənkarlıq
deyil, "hesablanmış məhrumiyyət siyasəti" olduğunu vurğulayaraq,
bunun “məhv” və “cinayət” olduğunu bildirib.
Hesabat, Qəzzadakı su idarələri, səhiyyə işçiləri və peyk
görüntüləri əsasında hazırlanıb.
İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Oren Marmorstein isə ,
HRW-nin ittihamlarını rədd edərək, bu hesabatı “təbliğat”
adlandırıb. O, İsrailin Qəzzaya su və humanitar yardım axını təmin
etdiyini və su kəmərləri ilə təmizləyici qurğuların işlək olduğunu
iddia edib.
İsrailin su kəmərlərini hədəf alması cinayətdir - Human Rights Watch
8