Əsas səhifə » Fələstinli uşaqları öldürdük-İsrail əsgərləri

Fələstinli uşaqları öldürdük-İsrail əsgərləri

Bakı, AzerVoice\ArabAz

Qəzza zolağında döyüş tapşırıqlarını yerinə yetirən bir sıra İsrail əsgərləri və zabitləri uşaqların da öldürüldüyünü etiraf ediblər.

“Biz HƏMAS üzvü olmayan və HƏMAS-la bir əlaqəsi olmayan mülki vətəndaşları və eləcə də azyaşçlı uşaqları öldürdük”-deyə Haaretz qəzetoinin dərc etdiyi materialda deyilir.

Qəzet istintaq metiallarındakı əsgərlərin ifadələrini əsas gətirərək yazır “ Əməliyyat sonrası bütün meyitlər bir yana yığılırdı daha sonra əraziyə itlər buraxılır də. Bu itlər əsasən azyşalı uşaqların meyitini yeyirdilər”.

“Netzarim dəhlizinin eni 7 km-dir və Kibbutz Beeri yaxınlığında başlayır və İsrail ordusunun ələ keçirdiyi sahil xətti ilə bitir. Küçələrə asfalt döşənmək, hərbi məntəqələr salmaq üçün bütün ərazidən sakinlər evakuasiya edilib, evlər sökülüb. Rəsmi olaraq fələstinlilərin ölkəyə girişi tam qadağan olunmasa da, sakinlərin geri qayıtmağından söhbət gedə bilməz. Bu zonaya girəm hər kəs, uşaq, qoca, qadın və kişi hət kəs güllələnirdi. Elə həmin diviziyanın ehtiyatda xidmətini təzəcə başa vurmuş başqa bir zabiti deyir: “Biz orada mülki insanları öldürürük və onlar təxribatçı sayılırlar” dedi. İçəridə bəzi rəhbərlər və əsgərlər tərəfindən təhlükəli və insanlığa sığmayan hərəkətlər edilir. Orada nə qeyri-insani mənzərələr görürük”.

Başqa bir əsgər danışır: “Əmr belə idi ki, ərazi təmiz olsun: körpüdən keçib dəhliz ərazisinə daxil olan hər kəsin başına güllə vurulsun. Bunlar əmrlər idi, biz də bu əmrlərə tabe olurduq.

Əsgər sözlərinə belə davam edir “ snayperlər vurduqdan sonra, qan içində olan cəsədin yanına getdik, şəklini çəkdik və telefonu götürdük. O, gənc idi, bəlkə də 16 yaşında idi. Onun ifadələrinə görə, hadisə yerinə kəşfiyyatçı gələrək məlumat toplayıb. Bir neçə saatdan sonra əsgərlər öyrəniblər ki, bu oğlan HƏMAS fəalı deyil, sadəcə uşaqdır. Axşam batalyon komandiri gəlib bizə təşəkkür etdi və dedi “ Terrorçu öldürdünüz, sizinlə fəxr etmək olar”. Əsgərlərdən biri komnadirə “ Ölən terrorçu yox uşaqdır” – dedi və buna cavab olaraq isə “Mənim üçün xətti keçən hər kəs diversantdır. Heç bir arxayınçılıq olmalı deyilş Burada mülki əhali yoxdur. “Hər kəs təxribatçıdır, hər ərəb terrorçudur”-dedi”- deyə istintaq materiallarına istinad edən qəzet yazır.

Qəzet eyni zamanda başqa bir istintaq materialda bunların yazıldığını qeyd edir:
“Ərazidə xidmət edən başqa bir döyüşçü bu əhvalatı danışır: “Səsgücləndirici ilə elan etdilər ki, diversantlar var. Mən təpəyə qalxdım, gizləndim. Dörd nəfər silahsız mülki vətənmdaşın gəldiyini gördüç. Onlar təxribatçı kimi görünmürlər. Tank onlara doğru irəlilədi və onlara atəş açdı.

Onları MAG silahı, yüzlərlə güllə ilə vurdular. 3-ü dərhal öldürüldü (cəsədlərin görünüşü ağlımdan çıxmır), 4-ü birtəhər sağ qalıb əllərini qaldırdı. Onu buraxmadılar. Onu qandallayaraq apardıq, sahənin yanına qoyduq, paltarını çıxarıb orada saxladıq”, – deyə əsgər deyib.

“Bütün əsgərlər onun yanından keçib ona tüpürdülər. Bu iyrənc idi. Nəhayət, müstəntiqlərdən biri 504-dən məhbuslarla birlikdə gəldi və silahı başına tutaraq ona bir neçə sual verdi. Onu bir neçə dəqiqə sorğu-sual etdi, bundan sonra məmurlar onun azadlığa buraxılmasını əmr etdilər. Məlum olub ki, bu fələstinli, ümumiyyətlə, Qəzza zolağının şimalındakı qahumlarının yanına gedir. Bir-iki gündən sonra ora buldozer gəlib meyitləri qumun altında basdırdı. İsrail vətəndaşlarının orduda xidmət edən əsgərlərin vəhşiliklərindən xəbəri yoxdur. Biz sadəcə ərəbləri deyil, öz insanlığımızı da öldürdük.Əgər məni Qəzzaya geri çağırsalar, getməyəcəyəm”.

Qəzetdə yer alan istintaq materiallarına ordu mənsublarından hələ də cavab yoxdur.

Digər Kateqoriyalar

2024 © Azervoice