2
Bakı, AzerVoice
İsrail ordusu Qəzzanın şimalında geniş hərbi əməliyyatını davam etdirərkən, Benyamin Netanyahu hökumətində zolaqda uzunmüddətli hərbi hakimiyyət qurmaq planlarının olduğuna dair yeni əlamətlər ortaya çıxıb. AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, dünən verdiyi açıqlamalarda İsrailin maliyyə naziri Bezalel Smotriç Qəzzanı hərbi yolla idarə etmək planlarına işarə edib.
“Əgər təhlükəsizliyi təmin etmək üçün bu tələb olunursa, o zaman HƏMASI aradan qaldırmaq üçün müəyyən müddət ərzində Qəzza zolağında avtoritar alternativ olacağımızdan narahat deyiləm”-deyə o bildirib.
Smotriçin açıqlamaları baş nazirin Qəzza zolağının işğalı və orada hərbi hakimiyyət qurmaq niyyətində olduğuna dair ehtimalları gücləndirir.