Əsas səhifə » Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Bakı, AzerVoice

Bu gün İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,5 ABŞ dolları və ya 0,65% azalaraq 76,42 dollar/barel təşkil edib.

Bu barədə AzerVoice -ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,54 dollar və ya 0,71% ucuzlaşaraq, 75,12 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,51 dollar və ya 0,84% azalaraq, 59,68 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,5 dollar və ya 0,66% azalaraq, 74,53 dollar/barel təşkil edib.

Fevralın 8-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice