Əsas səhifə » Əlcəzair İtaliyadan qabaqcıl texnikanın alınmasını müzakirə edib

Əlcəzair İtaliyadan qabaqcıl texnikanın alınmasını müzakirə edib

Bakı, AzerVoice / Arab.AZ

İtaliyanın paytaxtı Romada Əlcəzairin yüksək səviyyəli hərbi nümayəndə heyəti İtaliya ilə müdafiə sahəsində tərəfdaşlığın gücləndirilməsi, hərbi texnikanın inkişafı və hərbi sahədə müasir texnologiyalar üzrə kadrların hazırlanması məsələlərini müzakirə edib.

AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, görüşlər İtaliya ordusunun qərargahı olan Kornudi sarayında baş tutub.

Danışıqlara Əlcəzair Müdafiə Nazirliyinin baş katibi general-mayor Məhəmməd əl-Salih bin Bişe və İtaliya Müdafiə Nazirliyinin baş katibi Luisa Rikkardi rəhbərlik edib.

Danışıqlara “Bolzanoda (şimalda) İveco müdafiə zavodu və Ronçi di Legionaridəki (şimal-şərq) Leonardo zavodu kimi İtaliyanın sənaye obyektlərinə strateji səfərlərin təşkili” daxil edilib.

Luisa Rikkardi görüşlərin əvvəlində Əlcəzairin “Aralıq dənizində sabitlik limanı, Avropa və NATO-nun cənub hissəsində strateji tərəfdaş” olduğunu bildirib.
Rikkardi bildirib ki, Əlcəzairlə hərbi tərəfdaşlıq “enerji böhranından qeyri-qanuni miqrasiya axınlarına, Rusiyanın Ukraynaya təcavüzünə və iqlim dəyişikliyinin təsirləri ilə əlaqəli geosiyasi gərginliyə qədər dünya miqyasında problemlərlə dolu beynəlxalq kontekstdə baş verir”.

Həmçinin qeyd olunub ki, Əlcəzair Hərbi Dəniz Qüvvələri İtaliyanın “Fincantieri” şirkətinin istehsalı olan “Vulcano” gəmi modelindən ilhamlanaraq, logistika dəstək bölməsi almağı planlaşdırır. Əlcəzair, ölkənin şərqindəki Annaba şəhərində yerləşən gəmiqayırma zavodunu təxminən 50 metr uzunluğunda gəmilər istehsal etmək üçün genişləndirməyi planlaşdırır.

Digər Kateqoriyalar

2025 © Azervoice