BAKI,AzerVoice
Suriya Demokrati Gücləri kimi tanınan ( əslində isə PKK terror təçkilatının Suriya qolu olan) silahllı birləşmələr silahların yalnız dövlətin nəzarətində olması üçün tədbirlər görməyə hazırdır, lakin bəzi məsələlərlə bağlı fikir ayrılıqları hələ də qalmaqdadır.AzerVoice xəbər verir ki, bunu Suriya prezidenti Əhməd Şəraa deyib. O qeyd edib ki, Suiryanın federativ dövlət olması sadəcə olaraq mümkün deyil və bunun müzakirə belə etmək əsassızdır.
Seçkilər 4-5 il sonra keçiriləcək
O, Suriyanın 4-5 il ərzində seçkilər təşkil edə biləcəyini və bunun üçün geniş infrastrukturun yaradılmasına ehtiyac olduğunu bildirib. "Seçkilərə qədər təxminən 4-5 il lazımdır, çünki geniş infrastruktur qurmalıyıq və bu, vaxt tələb edir", – deyə qeyd edib.
O, yeni siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunun qəbul ediləcəyini və yeni konstitusiyada siyasi partiyaların sistemini müəyyən edən hüquqi çərçivənin yer alacağını bildirib. Suriyada idarəetmə sisteminin "respublika, parlament və icra hakimiyyətinə malik" olacağını vurğulayıb.
Əsəd rejiminin devrilməsi üçün planlaşdırma
O, Əsəd rejiminin süqutu üçün 5 il plan hazırlandığını bildirib. Onun sözlərinə görə, Əsəd rejimi bu plandan xəbərdar olub, lakin bunu önləyə bilməyib. O qeyd edib ki, "Bu əməliyyatın bəzi detalları hələ mediada açıqlanmayıb".
Yeni hökumət və gələcək planlar
Şəraa yeni hökumətin ölkənin bərpası üçün peşəkarlara əsaslanacağını bildirib: "Biz dövlət institutlarını qoruduq və Suriyanın inkişafı üçün bacarıqlı insanlara güvənəcəyik". O əlavə edib ki: "Biz indi Suriyada hüquq sisteminin yenidən qurulması mərhələsindəyik və bu, zaman alacaq".
Bundan əlavə, daxili sabitliyin qorunmasının vacibliyini vurğulayan Şəraa bütün suriyalıları daxili çəkişmələrdən uzaq durmağa çağırıb. O, Suriyada sektarian (məzhəb) əsaslı siyasi bölgülərin və kvotaların olmayacağını, bunun hökumətin fəaliyyətinə mane ola biləcəyini bildirib. "Biz Suriyanı məzhəb bölgüsü üzərində qurulan bir sistemə çevirməyəcəyik", – deyə o vurğulayıb.