Əsas səhifə » ABŞ dollarının indeksi 2022-ci ilin birinci yarısından bəri ilk dəfə 98 bənddən aşağı düşüb

ABŞ dollarının indeksi 2022-ci ilin birinci yarısından bəri ilk dəfə 98 bənddən aşağı düşüb

BAKI, AzerVoice

ABŞ dollarının indeks göstəricisi 31 mart 2022-ci ildən bəri ilk dəfə 98 bənddən aşağı düşüb.

AzerVoice xəbər verir ki, bu haqda ICE birjasının TradingView platformasının məlumatları göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 10:57-də ABŞ dolları indeksinin dəyəri 1,42% azalaraq 97,993 bəndə enib. Saat 16:05-ə olan məlumata görə isə, indeksin enməsi nisbətən yavaşlayaraq 98,097 bənd səviyyəsində qeydə alınıb.

Məlumat üçün bildirək ki, ABŞ dolları indeksi Amerika valyutasının altı xarici valyutadan ibarət səbətə – avro, yen, funt-sterlinq, Kanada dolları, İsveç kronu və İsveçrə frankına qarşı nisbətini göstərir. İndeks nə qədər yüksək olarsa, dollar bu valyutalara qarşı bir o qədər güclü sayılır.

Xatırladaq ki, aprelin 2-də Donald Tramp 185 ölkə və ərazidən gətirilən məhsullara qarşı gömrük rüsumlarının tətbiqini elan etmişdi. Bu qərar fonunda ABŞ dolları indeksində eniş müşahidə edildi və göstərici ötən ilin oktyabr ayındakı səviyyəyə qədər gerilədi. Aprelin 11-də isə ABŞ valyutasının indeksi 2023-cü ilin iyulundan bəri ilk dəfə 100 bəndin altına düşdü.

Digər Kateqoriyalar

2025 © Azervoice