Əsas səhifə » "Brent" markalı neftin qiyməti aprelin 7-dən bəri ilk dəfə 67 dolları keçib

"Brent" markalı neftin qiyməti aprelin 7-dən bəri ilk dəfə 67 dolları keçib

BAKI, AzerVoice

Cari ilin iyun ayı üçün "Brent" markalı neftin fyuçers qiyməti Londonun ICE birjasında aprelin 7-dən bəri ilk dəfə olaraq bir barel üçün 67 dolları keçib.

AzerVoice xəbər verir ki, bu barədə ticarət məlumatları göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 19:00-da Brent markalı neftin qiyməti 1,54% artaraq 67,08 dollara çatıb.

Saat 19:10-a olan məlumata görə isə, qiymətdə cüzi azalma müşahidə olunub – "Brent" nefti 1,51% artımla 67,06 dollar, WTI markalı neftin iyun fyuçersləri isə 0,89% bahalaşaraq bir barel üçün 63,78 dollar səviyyəsində ticarət olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice