Əsas səhifə » Türkiyədən Qırğızıstana polad ixracı artıb (ÖZƏL)

Türkiyədən Qırğızıstana polad ixracı artıb (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin mart ayında Qırğızıstana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə artaraq, 868 min 21 dollara çatdırıb.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Qırğızıstana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə artaraq, 2 milyon 360 min 30 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artıb, 4 milyon 35 min 31 dollara bərabər olub.

“Bu ilin mart ayında Türkiyə 1 milyon 549 min 577 dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 5,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 16 milyon 219 min 149 dollar məbləğində polad ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice