Əsas səhifə » Azərbaycanlıların Türkiyədə əmlak alışı çoxalır – Son statistikalar (ÖZƏL)

Azərbaycanlıların Türkiyədə əmlak alışı çoxalır – Son statistikalar (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin yanvar-mart aylarında Azərbaycan vətəndaşları Türkiyədə 203 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 34 obyekt çoxdur.

Bu barədə AzerVoice-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin mart ayında Azərbaycan vətəndaşları Türkiyədə 66 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin mart ayı ilə müqayisədə 9 obyekt çoxdur.

Qeyd edək ki, 2025-ci ilin mart ayında Türkiyədə 110 min 795 mənzil satın alınıb ki, bu da 2024-cü ilin fevral ayı ilə müqayisədə 5,1 faiz çoxdur.

Məlumata görə, 2025-ci ilin yanvar-mart aylarında Türkiyədə 335 min 786 mənzil satın alınıb.

"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.

2025-ci ilin mart ayında Türkiyədə xarici vətəndaşlara min 574 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz azdır.

Eyni ilin yanvar-mart aylarında əcnəbi vətəndaşlar Türkiyədən 4 min 578 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz azdır.

Digər Kateqoriyalar

2025 © Azervoice