Əsas səhifə » Türkiyədən İrana avtomobil ixracı azalıb (ÖZƏL)

Türkiyədən İrana avtomobil ixracı azalıb (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin mart ayında İrana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 41,5 faiz azalaraq, 8 milyon 801 min 91 dollara çatdırıb.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – mart aylarında Türkiyədən İrana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 faiz azalaraq, 33 milyon 765 min 40 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artıb, 9 milyon 494 min 834 dollara bərabər olub.

“Bu ilin mart ayında Türkiyə 3 milyon 517 min 876 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 9,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 37 milyon 569 min 656 dollar məbləğində avtomobil ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice