Əsas səhifə » Diyarbakır hava limanında sərnişindaşıma 500 min nəfərə çatıb (ÖZƏL)

Diyarbakır hava limanında sərnişindaşıma 500 min nəfərə çatıb (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin mart ayında Türkiyənin Diyarbakır Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 493 min 300 nəfər olub.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 4 faiz azalaraq, 454 min 628 nəfər, beynəlxalq reyslər üzrə isə 42 faiz artaraq, 38 min 672 nəfər təşkil edib.

2025-ci ilin mart ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 4 min 384 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq, 3 min 658 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 39 faiz artaraq, 299 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin mart ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin mart ayı ilə müqayisədə 3 faiz artaraq, 3 min 280 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz artaraq, 2 min 981, beynəlxalq reyslər üzrə isə 23 faiz artaraq 750 olub.

2025-ci ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 45 milyon 139 min 958 nəfər, yük daşınması isə 1 milyon 38 min 913 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Digər Kateqoriyalar

2025 © Azervoice