BAKI, AzerVoice
2025-ci ilin mart ayında Türkiyənin Qaziantep Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 665 min 870 nəfər olub.
Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 1 faiz azalaraq, 556 min 304 nəfər, beynəlxalq reyslər üzrə isə 56 faiz artaraq, 109 min 566 nəfər təşkil edib.
2025-ci ilin mart ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq, 6 min 788 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 4 min 788 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 54 faiz artaraq, 2 min ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin mart ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin mart ayı ilə müqayisədə 22 faiz artaraq, 6 min 167 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 19 faiz artaraq, 5 min 417, beynəlxalq reyslər üzrə isə 61 faiz artaraq 750 olub.
2025-ci ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 45 milyon 139 min 958 nəfər, yük daşınması isə 1 milyon 38 min 913 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.