BAKI, AzerVoice
2025-ci ilin mart ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 10 milyon 304 min 842 nəfər olub.
Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə dəyişməyərək, 4 milyon 320 min 650 nəfər, beynəlxalq reyslər üzrə isə 16 faiz artaraq 5 milyon 984 min 192 nəfər təşkil edib.
2025-ci ilin mart ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 116 min 105 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 34 min 710 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 13 faiz artaraq, 81 min 395 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin mart ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin mart ayı ilə müqayisədə 7 faiz artaraq, 60 min 922 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz azalaraq, 25 min 135, beynəlxalq reyslər üzrə isə 15 faiz artaraq 35 min 787 olub.
2025-ci ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 45 milyon 139 min 958 nəfər, yük daşınması isə 1 milyon 38 min 913 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.