Əsas səhifə » Azərbaycan Türk Dövlətləri Təşkilatı enerji nazirlərinin 4-cü iclasında təmsil olunacaq

Azərbaycan Türk Dövlətləri Təşkilatı enerji nazirlərinin 4-cü iclasında təmsil olunacaq

Bakı. AzerVoice

Azərbaycanın energetika naziri Pərviz Şahbazov sentyabrın 16-da Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 4-cü iclasında iştirak edəcək.

Energetika Nazirliyindən AzerVoice-ə bildiriblər ki, İclasda TDT-yə üzv və müşahidəçi ölkələr arasında energetika sahəsində qarşılıqlı fəaliyyət, “TDT-nin Enerji Əməkdaşlığı üzrə Proqramı (2023-2027)” sənədi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.

Səfər çərçivəsində nazirin ikitərəfli görüşləri də nəzərdə tutulur.

Digər Kateqoriyalar

2025 © Azervoice