Əsas səhifə » Brent markalı neftin qiyməti təxminən 3% bahalaşıb

Brent markalı neftin qiyməti təxminən 3% bahalaşıb

BAKI, AzerVoice

2025-ci ilin iyun ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti Londonun ICE birjasında ticarət zamanı qeyri-sabit dinamikaya malik olub.

AzerVoice xəbər veir ki, qiymətlər əvvəlcə artım göstərsə də, sonradan yenidən ucuzlaşmağa başlayıb.

Bakı vaxtı ilə saat 18:00-a olan məlumata əsasən, Brent-in qiyməti 1,14% azalaraq bir barel üçün 64,83 dollara düşüb. Lakin saat 18:14-də qiymət 2,82% artaraq 67,43 dollar səviyyəsinə yüksəlib.

Saat 18:30-a olan məlumata əsasən, Brent fyuçersi yenidən ucuzlaşmağa başlayıb və bir barel üçün 65,05 dollar səviyyəsinə düşüb. 2025-ci ilin may ayı üçün nəzərdə tutulmuş WTI markalı neftin fyuçersləri isə 1,31% ucuzlaşaraq 61,18 dollar təşkil edib.

Qeyd edək ki, bu gün gün ərzində neftin qiyməti 2021-ci ilin 12 aprel tarixindən bəri ilk dəfə olaraq 63 dolların altına enmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice