Əsas səhifə » Türkiyədən Azərbaycana tekstil ixracı artıb (ÖZƏL)

Türkiyədən Azərbaycana tekstil ixracı artıb (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin mart ayında Azərbaycana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq 3 milyon 135 min 5 dollara çatdırıb.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Azərbaycana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz artaraq,11 milyon 81 min 93 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq, 2 milyon 423 min 295 dollara bərabər olub.

“Bu ilin mart ayında Türkiyə 840 min 64 dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 2,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 9 milyon 505 min 745 dollar məbləğində tekstil ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice