BAKI, AzerVoice
Türkiyə 2025-cü ilin mart ayında Azərbaycana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 43 milyon 950 min 76 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Azərbaycana kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq,122 milyon 982 min 30 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalaraq, 7 milyon 773 min 310 dollara bərabər olub.
“Bu ilin mart ayında Türkiyə 2 milyon 729 min 594 dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 11,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 30 milyon 469 min 748 dollar məbləğində kimyəvi maddə ixrac edib.