Əsas səhifə » Türkiyədən Azərbaycana mebel ixracı azalıb (ÖZƏL)

Türkiyədən Azərbaycana mebel ixracı azalıb (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin mart ayında Azərbaycana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalaraq, 9 milyon 875 min 45 dollara çatdırıb.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Azərbaycana mebel məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz artaraq, 31 milyon 740 min 48 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz azalaraq, 1 milyon 888 min 457 dollara bərabər olub.

“Bu ilin mart ayında Türkiyə 672 min 716 dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 0,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 7 milyon 852 min 13 dollar məbləğində mebel ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice