Əsas səhifə » Türkiyənin polad ixracı artıb (ÖZƏL)

Türkiyənin polad ixracı artıb (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin yanvar-mart aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artıb, 4 milyon 35 min 31 dollara bərabər olub.

Bu barədə AzerVoice-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə 1 milyon 549 min 577 dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 5,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 16 milyon 219 min 149 dollar məbləğində polad ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice