Bakı, AzerVoice
Cari ilin yanvar-fevral aylarında Azərbaycandan 441,3 milyon ABŞ dolları dəyərində Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixrac edilib.
AzerVoice bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 34 milyon ABŞ dolları və ya 8,3% çoxdur. Belə ki, ötən ilin ilk iki ayında Azərbaycandan ixrac edilmiş Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının dəyəri 407.3 milyon ABŞ dolları təşkil edib.
Bu dövrdə Azərbaycandan əsasən elektrik enerjisi (296,2 milyon ABŞ dolları), meyvə-tərəvəz (100 milyon ABŞ dolları), azot gübrəsi (122,4 milyon ABŞ dolları) ixrac edilib.
Qeyd edək ki, Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracı ümumi ixracın 24,61%-ni təşkil edib.